Xəbərlər
11.10.2023 - 14:09
AMEA-NIN AZAD HƏMKARLAR İTTİFAQI (AHİ) RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Tədbiri giriş sözü ilə AMEA Azad Həmkarlar İttifaqının sədri hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov açaraq iclasın gündəliyi barədə iştirakçılara məlumat verib. Sədr  AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvü, Kataliz Qeyri-üzvü Kimya İnstitutunun Həmkarlar Təşkilatının sədri, AHİK Məclisin üzvü Arif Əfəndi çoxillik səmərəli fəaliyyətinə, ictimai xidmətlərinə görə və 75 illik yubileyi münasibəti ilə Azad Həmkarlar İttifaqının Fəxri fərmanı və pul mükafatı ilə təltif olundu. Habil Qurbanov çıxışında Arif müəllimin Həmkarlar Təşkilatında uzunmüddətli böyük xidmətlərindən danışdı. Arif müəllim əməkdaşların asudə vaxtlarının səmərəli keçməsi üçün onların Azərbaycanın müxtəlif rayonlarına gəzintilərini təşkil etmiş, aztəminatlı ailələri maddi və ərzaq yardımı ilə hər zaman təmin etmişdir. Arif  müəllim institut Həmkarlar Təşkilatının sədri olmaqla yanaşı həm  AMEA AHİ Rəyasət Heyətinin, həm də AHİK Məclisinin üzvüdür. Arif müəllimə işlərində uğurlar, özünə isə cansağlığı arzu edirik.

Yubilyar əməyinə verilən yüksək qiymətə görə AHİ sədri Habil Qurbanova minnətdarlığını bildirib.