Xəbərlər
11.10.2023 - 14:18
AMEA - NIN TORPAQŞÜNASLIQ VƏ AQROKİMYA İNSTİTUTU İSMAYILLI RAYONUNDA GƏZİNTİDƏ OLUBLAR

Torpaqşünaslıq və Aqromkimya İnstitutunun həmkarlar təşkilatı tərəfindən institutun əməkdaşları üçün 7-8 oktyabr 2023-ci il  tarixində Şamaxı, İsmayıllı və Qəbələ rayonunlarına tur təşkil olunmuşdur. Şamaxı rayonunda səhər yeməyi yedikdən sonra İsmayıllı rayonunda İlk olaraq  Basqalda tarixi abidələr ziyarət edilmişdir. Burada institutun əməkdaşlarına qədim alban abidələri və adət-ənənələri haqqında məlumat verilmişdir.

Daha sonra İsmayıllı rayonunda olan Aşıqbayramlı gölünə gedilmiş və orada əyləndikdən sonra əməkdaşlar İsmayıllı rayonu Resort oteldə otaqlara yerləşmişdirlər. Oteldə gün ərzində 3 dəfə yeməklə təmin olunmuşdurlar. Günün sonuna kimi əməkdaşlar otelin xidmətlərindən yararlanmışdır (fitness, sauna, hovuz, uşaqlar üçün əyləncə otağı və s).

Sonra oteldə musiqili əyləncə təşkil olunmuşdur. Növbəti gün səhər yeməyindən sonra əməkdaşlar Qəbələ rayonuna yola düşmüşdür. İlk olaraq yenilənmiş Nohur gölə gedilmişdir. Burada əməkdaşlar müxtəlif xidmətlərdən istifadə etmişdir (karting, katamaran ilə gəzinti və s). Daha sonra Qəbələ Tufandağa doğru yola çıxılmışdır. Burada əməkdaşlar kanat ilə səyahət edərək mənzərəli yerləri müşahidə etmişdirlər. Eyni zamanda Qafqaz oteldə çay süfrəsi təşkil olunmuşdur. Daha sonra Bakıya doğru yola çıxılmışdır. Yolda əməkdaşlara nahar fasiləsi daha sonra isə çay fasiləsi verilmişdir.