Xəbərlər
30.10.2023 - 10:45
RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI GƏZİNTİDƏ

Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Təşkilatının sədri, dosent İradə Mirzəzadənin təşkilatçılığı ilə 23 nəfər xanım əməkdaşı üçün Quba rayonuna 1 günlük gəzinti təşkil edilib. 28 oktyabr 2023-cü il tarixində Azərbaycanın səfalı güşələrindən Quba rayonunda yerləşən “Cənnət bağı” istirahət mərkəzinə və şəhərin gəzməli-görməli yerlərinə ekskursiya həyata keçirilmişdir. Gəzinti maraqlı anlar ilə yadda qalmış və kollektiv xoş təəsüratla istirahət gününü başa vurmuşdur.