Xəbərlər
13.11.2023 - 10:00
ŞƏKİ REGİONAL ELMİ MƏRKƏZİNDƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin akt zalında Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Zəfər günü münasibətilə şəhid ailələri ilə görüş keçirilib.

Tədbirdə Şəki Regional Elmi Mərkəzin əməkdaşları, şəhid ailələri iştirak ediblər.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, f.ü.f.d., dos. Yusif Şükürlü tədbir iştirakçılarını salamlayıb, Zəfər Günü münasibətilə onları təbrik edib. Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkənin hər yerində şəhid ailələrinə daim diqqət və qayğıdan, həmçinin şəhid ailələrinin hüquqlarını müdafiə etmək, onların sosial-iqtisadi və mənəvi problemlərinin daha səmərəli həllinə köməklik göstərmək məqsədilə “Yaşat” Fondunun və yerli icra hakimiyyəti orqanlarının strukturlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin yaradılmasının, şöbə müdirinin və böyük məsləhətçinin də qazilərin arasından seçilməsinin şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının bariz nümunəsi olduğunu vurğulayıblar.

Sonra Zəfər yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Daha sonra Şəki Regional Elmi Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhan Mənəfova “Mən şəhid oldum ki Vətən yaşasın” mövzusunda çıxış edib. Natiq çıxışında Vətənin azadlığı, bölünməzliyi, bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsinin xalqımız tərəfindən heç vaxt unudulmayacağını qeyd edib. O, müəllifi olduğu Vətən, şəhidlik zirvəsi, möhtəşəm Zəfər mövzularını əks etdirən “Mən Vətənəm”, “Vətən”, “Vətən qartalı” adlı şeirləri səsləndirilib.

Tədbirin sonunda Həmkarlar Təşkilatının sədri Aqil Mustafayev şəhid ailələrini ərzaq sovqatı paylayıb.