Xəbərlər
17.11.2023 - 10:14
AMEA-NIN AZAD HƏMKARLAR İTTİFAQI (AHİ) RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

    Tədbiri giriş sözü ilə AMEA Azad Həmkarlar İttifaqının sədri hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov açaraq iclasın gündəliyi barədə iştirakçılara məlumat verib. İclasda  Akademik Əli Quliyev adına Aşqarlar Kimyasi İnstitutunun Həmkarlar Təşkilatının sədri, "Müxtəlif funksiyalı polimer birləşmələr" laboratoriyasının  müdiri,  kimya üzrə fəlsəfə doktoru, dosent, İsakov Elxan Urşan oğlunu səmərəli elmi fəaliyyətinə, ictimai işlərdə xidmətlərinə görə və 65 illik yubileyi münasibətilə AMEA AHI-nin Fəxri Fərman və pul mükafatı ilə təltif olundu.

   AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar Təşkilatının sədri, Makroseysmik Tədqiqatlar şöbəsinin müdiri Qaravəliyev Etibar Sayad oğlunu səmərəli elmi fəaliyyətinə, ictimai işlərdə xidmətlərinə görə və 50 illik yubileyi münasibətilə AMEA AHI-nin Fəxri Fərman və pul mükafatı ilə təltif olundu.

Habil Qurbanov çıxışında hər iki  Həmkarlar Təşkilatının sədrlərini həmkarların işindəki xidmətlərindən işlərində olan bacarıqlarından əməkdaşların asudə vaxtlarının səmərəli keçməsi üçün onların Azərbaycanın müxtəlif rayonlarına gəzintilərini təşkili, aztəminatlı ailələrə maddi, ərzaq yardımları verilməsindən və əməkdaşları yollayışlarla hər zaman təmin olunmasından danışdı.

       Yubilyarlar əməklərinə verilən yüksək qiymətə görə öz minnətdarlıqlarını bildirdilər.

      Sonda iclasda AMEA AHİ ilk həmkarlar təşkilatlarında hesabat-seçki iclaslarının başlanması ilə bağlı 11 dekabr 2023-cü il tarixində AMEA Azad Həmkarlar İttifaqının Məclisin keçirilməsi barədə qərar qəbul edilidi.