Xəbərlər
13.12.2023 - 11:06
DOSENT ZEYNƏDDİN ŞABANOV FƏAL GƏNCLƏR ÜÇÜN KURSLARDA MÜHAZİRƏ OXUMUŞDUR

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında respublikanın bütün bölgələrini təmsil edən həmkarlar ittifaqlarının gənc fəalları üçün təşkil olunmuş 5 günlük kurslarda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, İnstitutun HİK-nin sədr müavini, f.f.d., dosent Zeynəddin Şabanov “Gələcək bu gündür. Dəyişiklik prosesinə haradan başlamaq lazımdır? Böhran liderləri yaratmır, üzə çıxarır mövzusunda” mühazirə oxumuşdur. Natiq mühazirəsində mövzu ilə bağlı problemlərə toxunmuş, ölkədə həyata keçirilən gənclər siyasətinin mahiyyəti,  gənclərin problemləri və onların aradan qaldırmaq yolları, gələcək peşələr, məşğulluq,  cəmiyyətdə özünütəşkil, liderlik və onun  xüsu­siy­yətləri, fəaliyyətin planlaşdırılması, sosial tərəfdaşlıq kimi məsələlər barəsində fikir­lərini bildirmişdir. Mühazirədən sonra geniş diskussiya olmuş, gənclər maraqlı fikir­lə­rini bölüşmüşlər. Yekunda  xatirə şəkli çəkilmiş,  iştirakçılara sertifikatlar təqdim edilmişdir.