Xəbərlər
26.12.2023 - 13:42
31 DEKABR - DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ İLƏ BAĞLI AMEA GƏNCƏ BÖLMƏSİNİN ƏMƏKDAŞLARINA SOVQAT PAYLANIB

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, eləcə də Yeni İlin gəlişi münasibətilə AMEA Gəncə Bölməsinin Həmkarlar Təşkilatı tərəfindən  ənənəvi olaraq,  əməkdaşların ailələri üçün sovqat  tədarükü görülüb və paylanıb. Sovqat payı bayram süfrəsi üçün ən zəruri ərzaqlar – kərə yağı, düyü, çay, şəkər və qarabaşaqdan ibarət olaraq hazırlanıb. Hədiyyələr əməkdaşlara təqdim edilib.