Xəbərlər
29.12.2023 - 16:23
AMEA ŞƏKİ REM-DƏ YENİ İL ŞƏNLİYİ

AMEA Şəki Regional Elmi Mərkəzinin  Həmkarlar Təşkilatının  26 dekabr 2023-cü il tarixində Şəki şəhəri Ağ Qaya restoranında əməkdaşlara "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və “Yeni İl Bayramı” təşkil olunub. Tədbiri giriş sözü ilə ŞREM -nin direktoru dosent Yusif Şükürlü və Həmkarlar Təşkilatının sədri Aqil Mustafayev açmış, əməkdaşları qarşıdan gələn bayram münasibətilə təbrik etmişlər. Tədbirdə 50 nəfər ŞREM-nin əməkdaşları və az yaşlı uşaqları iştirak edib. Tədbirdə canlı musiqi və yeni ilin atributu olan şaxta baba iştirak etmişdir. Tədbirdə iştirak edən az yaşlı uşaqlara şaxta baba tərəfindən bayram hədiyyələri təqdim edilib. Tədbir şən əhval-ruhiyyədə bayram ab-havası ilə yekunlaşıb.