Xəbərlər
29.12.2023 - 16:00
ZOOLOGİYA İNSTİTUTUNDA YENİ İL TƏDBİRİ KEÇİRİLİB

28 dekabr tarixində, İnstitutun Həmkarlar təşkilatının sədri Gülnarə Aslanovanın təşkilatçılığı ilə yeni il tədbiri keçirilib. Tədbiri Zoologiya İnstitutunun baş direktoru a.e.ü.f.d, dos. Ələddin Eyvazov açıq elan edərək əməkdaşları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.