Xəbərlər
25.02.2016 - 14:31
Azad Həmkarlar İttifaqının üzvləri və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri “Xocalı” abidəsini ziyarət etdilər.

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar AMEA Gənc Alim və Mütəxəssislər Şurası və Azad Həmkarlar İttifaqının üzvləri faciə qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət etdilər.

Abidənin önünə əklil və gül dəstələri düzdülər, soyqırımı qurbanlarının xatirəsinə dərin ehtiramlarını bildirdilər.