Xəbərlər
19.02.2024 - 15:44
AMEA-NIN ELMİ MÜƏSSİSƏ VƏ TƏŞKİLATLARININ ƏMƏK İNTİZAMI İLƏ ƏLAQƏDAR PROBLEMLƏRİ HAQQINDA

AMEA-nın Direktorlar Şurasının 12 fevral 2024-cü il tarixində keçirilən iclasında AMEA-nın elmi müəssisə və təşkilatlarında əmək intizamı ilə əlaqədar problemlər, AMEA Rəyasət Heyəti tərəfindən keçirilən yoxlamanın nəticələrinə əsasən işçilərin işə davamiyyətində aşkar edilmiş nöqsanlar geniş müzakirə edilmiş və məsələnin aradan qaldırılması, həlli yolları barədə fikir mübadiləsi aparılmışdır.

Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasinin Qanununun “Əmək hüququnun qorunmasında həmkarlar ittifaqlarının hüquqları” haqqında 11-ci maddəsini və “Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar Ittifaqının Nizamnaməsi”nin 2.2.2-ci bəndinirəhbər tutaraq:

1.  AMEA-nın elmi müəssisə və təşkilatlarının Həmkarlar Təşkilatlarına tapşırılsın:

1.1. İşçilərin əmək intizamının təmin olunmasında əmək qanunvericiliyinin tələblərinə riayət edilməsinə nəzarət və müəssisə rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlərdə institutların Həmkarlar Təşkilatlarının nümayəndələrinin iştirakı təmin edilsin;

1.2. əmək intizamına ciddi riayət etməyən işçilər barəsində Həmkarlar Təşkilatlarında müzakirələr keçirilsin, fərdi yanaşma prinsipi ilə işçilərin əmək intizamına müsbət təsir edəcək müvafiq söhbətlər aparılsın;

1.3. işçilərin əmək intizamı sahəsindəki nöqsanlarının, çatışmazlıqların aradan qaldırılması üçün əmək qanunvericiliyinə uyğun tədbirlərin görülməsi barədə müəssisə rəhbəri qarşısında məsələ qaldırılsın;

1.4. Həmkarlar Təşkilatlarının illik fəaliyyət planında əmək intizamı məsələləri əsas istiqamətlərdən biri kimi müəyyən edilsin.

  1. AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin 2024-cü ildə hər rübün sonunda  keçiriləcək əmək intizamına həsr olunmuş iclasında Həmkarlar Təşkilatlarının sədrlərinin hesabatlarının dinləniləcəyi nəzərə alınsın.