Xəbərlər
26.02.2024 - 13:04
AMEA GƏNCƏ BÖLMƏSİNİN ƏMƏKDAŞLARI XOCALI FACİƏSİNİN 32-Cİ İLDÖNÜMÜ GÜNÜ, BU SOYQIRIMDA HƏLAK OLMUŞ HƏMVƏTƏNLƏRİMİZİN XATİRƏSİNƏ UCALDILMIŞ “ANA FƏRYADI” ABİDƏSİNİ ZİYARƏT EDİBLƏR

Bəşəriyyətin müasir tarixinin ən dəhşətli faciələrindən olan, erməni qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş Xocalı soyqırımından 32 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq,  keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub.

Bu faciəvi tarix hər il ölkəmizdə, həmçinin dünyanın dörd bir tərəfində böyük kədər hissləri, eləcə də erməni faşizminin mahiyyətinin insanlığa çatdırılması məqsədi ilə qeyd edilir.

AMEA Gəncə Bölməsinin kollektivi ənənəvi olaraq, hər il fevralın 26-da, 20-ci əsrin ən dəhşətli faciəsinin qurbanlarının əziz xatirəsinə şəhərdəki Xocalı sakinlərinin müvəqqəti yerləşdiyi qəsəbədə ucaldılmış “Ana fəryadı “ abidəsini ziyarət edir.

Xocalı faciəsinin 32-ci ildönümündə də AMEA Gəncə Bölməsinin əməkdaşları həmin memorial abidəni ziyarət edib, önünə qərənfillər qoyaraq,  Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad ediblər.