Xəbərlər
07.03.2016 - 14:13
AMEA Azad Həmkarlar İttifaqı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi.

AMEA Azad Həmkarlar İttifaqı  8 mart – Beynəlxalq Qadınlar  Günü münasibətilə tədbir keçirildi.

Martın 7-də AMEA-nın Əsas binasında Rəyasət Heyəti aparatının  Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirildi.

Tədbirdə AMEA-nın elmi müəssisələrinin Həmkarlar Təşkilatlarının 16 qadın sədri iştirak edirdi.

Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev akademiyanın ictimai-mədəni həyatında fəallığı ilə seçilən qadın əməkdaşları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi. Cəmiyyətdə və ailədə qadınların rolundan danışan İ.Alıyev onların mənəvi dayaq olduqlarını söylədi. Vurğuladı ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılmışdır. Qadınların bütün sahələrdə kişilərlə bərabər geniş təmsil olunmaları ölkəmizdə dövlət səviyyəsində onlara göstərilən ehtiramın və diqqətin bariz nümunəsidir.

Mərasimdə AMEA Əlyazmalar İnstitutunun Elmi fondlar şöbəsinin elmi işçisi, Həmkarlar Komitəsinin sədri Zahidə Hacıyeva və Eroziya və Suvarma İnstitutunun Həmkarlar Komitəsinin sədri Mirvari Məmmədova Həmkarlar ittifaqındakı fəal İctimai fəaliyyətiləri və xidmətlərinə görə Azad Həmkarlar İttifaqının Fəxri Fərmanı ilə təltif olundular.

Sonda qadın əməkdaşlara hədiyyələr təqdim edildi.