Xəbərlər
01.03.2024 - 13:31
HEYDƏR ƏLİYEV-İLHAM ƏLİYEV: MÜASİR AZƏRBAYCANIN LİDERLİK FƏLSƏFƏSİ VƏ DÖVLƏTÇİLİK TƏCRÜBƏSİ ADLI ƏSƏR ÇAP OLUNUB

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov kitabın əsas müəlliflər heyətində yer almışdır.

Müəlliflər kollektivi tərəfindən hazırlanmış bu kitabda Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsi sahəsindəki tarixi fəaliyyətinin, onun nəsillərə nümunə ola biləcək ümummilli liderlik təcrübəsinin fəlsəfi təhlilinə və dəyərləndirilməsinə təşəbbüs edilmişdir. Bununla yanaşı, XXI əsrin əvvəllərindən günümüzədək ölkəmizdə güclü dövlət və milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında vahid cəmiyyət quruculuğu sahəsində Prezident İlham Əliyevin məqsədyönlü və ardıcıl siyasətinin, onun rəhbərliyi ilə Azərbaycan Respııblikasının ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi üçün uğurla həyata keçirilən tədbirlərin, Vətən Müharibəsindəki tarixi Zəfərin və azad edilmiş torpaqlara başladılan Böyük Qayıdışın fəlsəfəsinin açılmasına səy göstərilmişdir. Bütövlükdə ölkəmizin dövlətçilik təcrübəsində və xalqın milli birliyinin və milli ideyanın möhkəmləndirilməsində uğurlu liderliyin həlledici rolu əhatəli elmi-fəlsəfəsi tədqiqata cəlb edilmisdir.

Kitab elmi ictimaiyyət və geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.