Xəbərlər
07.03.2024 - 11:42
RSXM-DƏ 8 MART-BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASIBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində tədbir keçirilib.

Tədbirdə çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mərkəzdə çalışan qadın əməkdaşları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb. Azərbaycanda qadınların bütün sahələrdə çalışdıqlarını qeyd edən mərkəz rəhbəri ölkəmizdə qadınların təhsil alması və özünü inkişaf etdirməsi üçün yaradılan şərait haqqında danışıb.

Həmçinin baş direktor çıxışında Azərbaycan seysmoloqlarının qarşısında duran vəzifələr, eləcə də Qarabağda seysmik stansiyaların açılması istiqamətində görülən işlərə də toxunub.

Sonda RSXM-nin Həmkarlar Təşkilatı tərəfindən qadın əməkdaşlara hədiyyələr təqdim olunub.