Xəbərlər
18.03.2024 - 14:25
ŞƏHİD ƏLƏDDİN SƏİDOVUN AİLƏSI ZİYARƏT OLUNUB

AMEA Azad Həmkarlar İttifaqının təşəbbüsü ilə Vətən müharibəsi şəhidi Ələddin Səidovun ailəsi ziyarət olunub.

AMEA alimlərinin şəhid ailələri və qazilərlə görüşləri davamlı olaraq həyata keçirilir. AMEA-nın elmi müəssisə və ictimai təşkilatlarının il ərzində fəaliyyət planlarında bu istiqaməti ön plandadır.

 Görüşdə AMEA AHİ- nin sədri, s.e.ü.f.d, dosent Sənan Həsənov, AHİ-nin sədr müavini Şəhla Əmirova, Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar Təşkilatının sədri, geologiya və minerologiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyev və həmin təşkilatın elmi katibi Lalə İbrahimova iştirak etmişlər. AHİ-nin sədri Sənan Həsənov ziyarət zamanı akademiya rəhbərliyinin və alimlərin şəhid ailəsinə ehtiramını çatdırmışdır. Vətənimizin başını uca edən qəhrəmanlarımızı əziz xatirəsini AMEA əməkdaşları tərəfindən hər zaman uca tutulduğunu bildirmişdir.

Şəhid Ələddin Səidovun atası Azər Səidov və anası Gülər Səidova qəhrəmanımızın vətənpərvərlik amalından və döyüş yolundan danışdılar. Dövlətimizin başçısı Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini bildirdilər.

Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar Təşkilatının sədri geologiya və minerologiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyev RSXM-də 2 şəhid ailəsinin çalışdığını qeyd etdi və onların qayğılarının hər zaman RSXM-in rəhbərliyinin və HT-nın diqqətində olduğunu qeyd etmişdir. Ələddin kimi oğulların və Ali Baş komandanın sayəsində Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulmuş, işğal altındakı ərazilərimiz yağı düşmən tapdağından azad olunmuşdur. Odur ki, heç zaman bu sevinci bizlərə nəsib edən şəhidlərimizi, qazilərimizi unutmamalıyıq.

Görüşdə Şəhla Əmirova və Lalə İbrahimova  da şəhidin valideynlərinə minnətdarlıqlarını bildirərək Qələbənin və Zəfərin əldə olunmasında igid oğullarımızın qəhrəmanlığının xalqımızın şərəf tarixi olduğunu bildirdilər.

Sonda səhid ailəsi Novruz bayramı münasibəti ilə təbrik edilmiş və xatirə şəkli çəkilmişdir.