Xəbərlər
17.03.2016 - 13:33
Yay vaxtına keçid ləğv edildi

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarı ləğv edilsin. Artur Rasi-zadə, Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 17 mart 2016-cı il.“Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” AR Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı