Xəbərlər
20.03.2024 - 09:37
AMEA AZAD HƏMKARLAR İTTİFAQI XALQIMIZIN NOVRUZ BAYRAMINI TƏBRİK EDİR!

Xalqımızın qədim və yüksək ənənələr, bəşəri dəyərlər və zəngin mənəvi xəzinəsinin simvolu olan Novruz bayramını Qalıb ölkəmizin bütün vətəndaşları kimi çoxminli elm adamları, ziyalılar böyük qələbə fəxarəti ilə qeyd edir. Bu şanlı tariximizin əbədi məşəlini Müzəffər Ali Baş Komandan İlham Əliyev azad Qarabağımızda-Xankəndində alovlandırdı. Bütün dünyaya növbəti siyasi mesajını verdi. Bu mesaj xalqımızı yüzilliklər bundan sonra da böyük hədəflərə çatdıracaq məğrurluq, yenilməzlik, qəhrəmanlıq və bütöv Azərbaycan mesajdır. AMEA ölkəmizin elm məbədgahı olaraq Ali Baş Komandanın fəaliyyətini bütün potensialı ilə elmi müstəviyə gətirir, onun çağırışlarına qoşulurlar. Son illər Akademiyanın yeni elmi mühitə qədəm qoyması da məhz dövlətçiliyimizin inkişafına verilən tövhədir. Yeni hədəflərin ətrafında Cənab Prezident İlham Əliyevin ətrafinda sıx birləşmədir. Tanrı xalqımızı qorusun.

 

AMEA Azad Həmkarlar İttifaqı akademiyanın bütün əməkdaşlarını o cümlədən Xalqımızın Müqəddəs Bayramını təbrik edir. Ölkəmizə sülh əmin-amanlıq, xalqımıza ruzi-bərəkət arzulayır.

 

Dərin hörmətlə

AMEA AHİ sədri s.e.f.ü.d Sənan Həsənov