Xəbərlər
25.03.2024 - 17:00
ŞƏHİD RÖVŞƏN NURZADƏNİN DOĞUM GÜNÜ MÜNASİBƏT İLƏ MƏZARI ZİYARƏT OLUNUB.

İkinci Fəxri Xiyabanda 44 gunlük Vətən müharibəsinin şəhidi baş leytenant Nurzadə Rövşən Əli oğlunun doğum günü münasibət ilə məzarı ziyarət olunub. Ziyarətdə YAP Yasamal rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov Yasamal rayon İcra Hakimiyyətinin Vətən muharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev və ictimaiyyat nümayəndələri iştirak etmişlər. Şəhidin məzarı önünə tər güllər qoyulmuş, ruhuna dualar oxunmuşdur. Ziyarət zamanı Sənan Həsənov və Bəxtiyar Nəbiyev şəhidin ailə üzvləri ilə həmsöhbət olmuş Vətənimizin başını uca edən qəhrəmanlarımıza ehtiramlarını ifadə etmişlər. Sənan Həsənov AMEA və Həmkarlar Konfederasiyasının rəhbərliyinin şəhid və qazi ailələrinə olan diqqətini çatdırmış, Cənab Prezident İlham Əliyevin və birinci Vitse-Prezident Mehriban Əliyevanın bu istiqamətdə qarşıya qoyduqlari vəzifələrin icrasının hər zaman önəm kəsb etdiyini bildirmişdir. Göstərilən diqqət və qayğıya görə Şəhid atası Əli Nur  ölkə rəhbərliyinə minnətdarlığını ifadə etmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!