Xəbərlər
04.04.2016 - 13:22
AMEA Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən Qubada elmi-praktiki konfrans keçirilib
AMEA Gənc Alim və Mütəxəssislər Şurası Qubada 31 Mart − Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirib. Şura üzvləri ilk olaraq "Quba Soyqırımı Memorial Kompleksi"ni və Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsini ziyarət ediblər. Sonra Heydər Əliyev Mərkəzində soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş elmi-praktik konfrans öz işinə başlayıb.