Xəbərlər
08.04.2024 - 10:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ SƏDRİ ARB 24 KANALININ QONAĞI OLUB

AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov ARB 24 kanalının "Gündəm" verilişinin qonağı olub.

Verilişdə Brüssel görüşünün detalları və son siyasi proseslərdə Ermənistanın addımları təhlil edilib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ABŞ və digər ölkələrin rəsmilərinə verdiyi cavablarda dövlət maraqlarımızın yeni reallıqlarda təmin olunması məsələləri önə çəkilib.