Xəbərlər
09.04.2024 - 16:41
AMEA RƏYASƏT HEYƏTİNİN VƏ AZAD HƏMKARLAR İTTİFAQININ BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ MÜQƏDDƏS RAMAZAN BAYRAMI ƏRƏFƏSİNDƏ QAZİLƏRİN VƏ ŞƏHİD AİLƏLƏRİNİN İŞTİRAKI İLƏ “HƏR ŞEY VƏTƏN ÜÇÜN” MÖVZÜSUNDA ÜMUMRESPUBLİKA TƏDBİR KEÇİRİLDİ.

09 aprel 2024-cü il tarixdə AMEA-nın əsas binasında AMEA Rəyasət Heyətinin və Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Müqəddəs Ramazan Bayramı ərəfəsində Qazilərin və Şəhid ailələrinin iştirakı ilə “HƏR ŞEY VƏTƏN ÜÇÜN” mövzüsunda ümumrespublika tədbiri keçirilmişdir. Tədbirə AMEA Rəyasət Heyəti, o cümlədən elmi-ictimai təşkilatlar, Qazilər və Şəhid ailələri, elmi tədqiqat institutlarının rəhbərlikləri, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası, AMEA Həmkarlar İttifaqı və təşkilatları, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı, AMEA-nın Qadınlar Şurası, AMEA-nın institut və təşkilatlarında fəaliyyət göstərən YAP ilk ərazi təşkilatlarının sədr və müavinləri qatılmışlar.

Əvvəlcə Dövlət Himni səsləndirilmiş sonra Vətənimiz uğrunda şəhid olmuş qəhrəmanlarımızın və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Sonra tədbirdə giriş nitqi ilə AMEA-nın Prezidenti, Akademik İsa Həbibbəyli açaraq, Müqəddəs Ramazan Bayramı münasibəti ilə  Qaziləri, Şəhid ailələrini və akademiya ictimaiyyətini  təbrik etmişdir. Azərbaycan xalqının bu bayramı tam suverenliyi bərpa etdiyi ərazilərində və yeni reallıqlar üzərində yeni mərhələdə qeyd etdiyini diqqətə çatdırmışdır. 2024-cü ilin fevral ayında xalqın mütləq əksəriyyətinin səsi ilə yeni prezident seçilmiş Müzəffər Ali Baş Komandanın iradəsi ilə hədəfləri güclü Azərbaycanı daha da inkişafa aparan siyasətin yeni mərhələsindən danışmışdır. AMEA Prezidenti elm adamların üzərinə düşən məsuliyyəti və akademiyanın prioritet inkişaf istiqamətlərini şərh etmişdir. Son illər Azərbaycan ictimai və siyasi həyatında akademiyanın rolundan danışmışdır. Dövlətimizin qazi və şəhid ailələlərinə göstərdiyi diqqətin həmrəyliyimizdəki rolunu diqqətə çatdırdı. Daha sonra informasiya müharibəsində də qalib gəlmiş Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev adlı video çarx nümayiş etdirildi.

Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d., dosent S.S.Həsənov çıxış edərək, Müqəddəs Ramazan Bayramı ərəfəsində belə bir tədbirin keçirilməsindəki dəstəyə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirdi. Vətən müharibəsindən sonrakı reallıqlarda elmi-ictimai təşkilatların həmrəyliyimizdəki rolunu  önə çəkdi. AMEA- da bu istiqamətdə gedən yeniliklərdən danışdı.

Tədbirdə Vətən müharibəsi iştirakçısı, fəl.ü.f.d., dosent, ehtiyatda olan baş leytenant Radif Mustafayev, filologiya elmləri doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun YAP ilk Ərazi təşkilatının sədri Mərziyyə Nəcəfova, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d. Elmir Babayev,  Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova, tar.üf.d., A.A.Bakıxanov adına Tarix İnstitutu YAP ilk Ərazi təşkilatının sədri Bəxtiyar Əhmədov, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Xanımağa İsmayılova Müqəddəs Ramazan Bayram münasibəti ilə iştirakçıları təbrik etdilər. Ali Baş Komandanın müdrik siyasətinin ətrafında sıx birləşdiklərini və dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqəti faktlarla izah etdilər. Yeni reallıqlarla ziyalıların fəaliyyətinin önəmli olduğu bildirdilər.

 AMEA-nın Vitse Prezidenti İradə Hüseynova çıxış edərək xalqımızın həmrəylik, sağlıq və mərhəmət bayramı ərəfəsində tədbirin əhəmiyyətindən danışdı. Xalqımızın Ali Baş Komandan ətrafında birliyini təhlil etdi.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqınin sədri Mehman İsmayılovun Vətən müharibəsində Cənab İlham Əliyevin cıxışlarından ibarət olan  "İnformasiya müharibəsində qələbə - Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev" adlı kitab iştirakçılara təqdim olunmuşdur.

Sonda Qazi və Şəhid ailələri adından ehtiyatda olan zabit I və II Qarabağ Müharibəsinin iştirakçısı Gəray Əsədov çıxış edərək, ordumuzun Ali Baş Komandan ətrafında sıx birliyindən və özünün döyüş yolundan danışdı. Dövlət başçısına və Akademiya rəhbərliyinə minnətdarlığını ifadə etdi.

Tədbir xatirə şəkli çəkilməklə yekunlaşdı.