Xəbərlər
19.04.2024 - 16:38
AMEA-NIN ŞƏKİ REGİONAL ELMİ MƏRKƏZİNDƏ HƏMKARLAR TƏŞKİLATININ HESABAT SEÇKİ İCLASI KEÇİRİLİB.

Aprelin 18- də AMEA-nın Şəki Regional Elmi Mərkəzində Həmkarlar Təşkilatının hesabat seçki iclası keçirilib.

İclasda AMEA-nın Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü, AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, mərkəzin şöbələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

 Açıq səs vermə ilə iclasa sədrlik edən Rəhim Abdurahmanov gündəliyi elan etdikdən sonra yetərsay olmasını diqqətə çatdırdı, sonra söz AMEA Şəki Regional Elmi Mərkəzin Həmkarlar təşkilatının sədri Aqil Mustafayevə verildi. O  seçildiyi dövrdə Həmkarlar Təşkilatı tərəfindən görülən işlər haqqında məlumat verərək, hesabatı slayt formasında iştirakıçılara təqdim etdi.

Sonra Şəki REM-in Nəzarət Təftiş komissiyasının sədri Namiq Abdurahmanovun hesabatı dinlənildi. Daha sonra Həmkarlar Təşkilatına yeni sədr və üzvlərin seçkisi keçirildi. Açıq səsvermə nəticəsində Aqil Mustafayev yenidən Həmkarlar Təşkilatının sədri və yeni komitə üzvləri seçildi. Namiq Abdurahmanov isə yenidən Nəzarət Təftiş Komissiyasının sədri seçildi.

İclasda çıxış edən AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov Akademiyada və o cümlədən Həmkarlar İttifaqı sistemində aparılan islahatlar, qarşıda duran vəzifələr və görüləcək işlər haqqında danışdı. Son illər Akademiya rəhbərliyinin Həmkarlar Təşkilatlarının fəaliyyət istiqamətlərinə göstərdiyi diqqəti iştirakçılara çatdırdı. Şəki REM-in fəaliyyəti istiqamətində də həmkarlar təşkilatının qarşısında duran işlərin əhəmiyyətinə dair fikirlərini bildirdi.

Şəki REM-in direktoru Yusif Şükürlü Həmkarlar Təşkilatının işçilərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində fəaliyyətini daha da aktiv olmasının zəruriliyini vurğulayaraq bundan sonra fəaliyyətlərini səmərli şəkildə quracaqlarını bildirdi.

Çıxış edənlər professor Firəddin İbrahimov və elmi işlər üzrə direktor müavini bio.ü.f.d. Fərhad Əzizov Həmkarlar Təşkilatının işçilərin hüquqlarını müdafiə edən təşkilat kimi mərkəzdə səmərəli fəaliyyətini qeyd etdilər. Bundan sonra da görüləcək işlərə dair fikirlərini söylədilər.

Şəki REM-in direktoru Yusif Şükürlü və Həmkarlar Təşkilatının sədri Aqil Mustafayev AMEA Azad Həmkarlar İttifaqının qurultayına nümayəndə seçildilər.

Tədbirin sonunda Heydər Əliyev siyasi irsinin araşdırılması ilə bağlı elmi əsərlər dosent Sənan Həsənov tərəfindən Şəki REM-in kitabxana fonduna hədiyyə edilib.