Xəbərlər
24.04.2024 - 10:35
AMEA-NIN ƏLYAZMALAR İNSTİTUTU HƏMKARLAR TƏŞKİLATININ HESABAT SEÇKİ İCLASI KEÇİRİLİB.

Aprelin 23-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Həmkarlar  Təşkilatının  hesabat-seçki iclası keçirilib. İclasda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşıları, institutun elmi işlər üzrə direktor müavini filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfov, AMEA Azad Həmkarları İttifaqının sədr müavini Şəhla Əmirova iştirak ediblər.

İclasa sədrlik edən elmi işlər üzrə direktor müavini Əzizağa Nəcəfov iclasın gündəliyini elan etdikdən sonra Həmkarlar Təşkilatının sədri filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyeva Həmkarlar Təşkilatının  seçildiyi ildən indiki vaxta kimi gördüyü işlər haqqında geniş və ətraflı  məlumat verib. Samirə xanım hesabatı qənaətbəxş hesab edildi.

Daha sonra Həmkarlar Təşkilatının sədri və komitə üzvləri yenidən açıq səsvermə yolu ilə yekdilliklə seçildilər. Samirə Əliyeva institut kollektivi tərəfindən yenidən Həmkarlar Təşkilatına sədr seçildi. Daha sonra Əsmər Hümbətova  (sədr müavini),  Şəfa Vəliyeva, Nasim Məmmədov (nəzarət-təftiş komissiyasının katibi), Vüsalə Vəliyeva, Kifayət Hümmətova açıq səsvermə yolu ilə Həmkarlar Təşkilatına üzv seçildilər.

İclasda iştirak edən AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova akademiyanın Həmkarlar İttifaqı sistemində aparılan islahatlar, qarşıda duran vəzifələr və görüləcək işlər haqqında danışdı, verilən sualları cavablandırıldı. Direktor müavini  filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfov Həmkarlar Təşkilatının işçilərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində fəailiyyətinin daha da aktiv olmasının zəruruliyini vurğulayıb.