Xəbərlər
25.04.2024 - 11:03
AMEA-NIN FOLKLOR İNSTİTUTU HƏMKARLAR TƏŞKİLATININ HESABAT SEÇKİ İCLASI KEÇİRİLİB.

24 aprel 2024-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) kiçik akt zalında Folklor İnstitutunun hesabat – seçki iclası keçirilib. Tədbirdə AMEA-nın həqiqi üzvü, direktor Muxtar İmanov, AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova, şöbə müdirləri və əməkdaşlar iştirak ediblər.

İclasın sədri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy Folklor İnstitutunun Həmkarlar Təşkilatının fəaliyyətinin, əməkdaşların əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərini müdafiəsinin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Professor Seyfəddin Rzasoy yeni sosial proqramların hazırlanması və həyata keçirilməsinin vacibliyini qeyd edib.

İclasda Folklor İnstitutu Həmkarlar Təşkilatının sədri Tahir Orucovun son 7 illik fəaliyyətinin hesabatı dinlənilib. Hesabat qənaətbəxş hesab olunub.

Daha sonra gizli səsvermə yolu ilə Folklor İnstitutu Həmkarlar Təşkilatına yeni sədr və komitə üzvlərinin seçilməsi baş tutub. Folklor İnstitutu əməkdaşlarının gizli səsverməsi qərarı ilə Aynur İbrahimova Həmkarlar Təşkilatının sədri seçildi və komitə üzvləri və nəzarət təftiş komissiyasının üzvləri yekdilliklə yeni heyətə seçildilər.

AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova keçmiş sədr Tahir Orucuvun sədr kimi Həmkarlar Təşkilatında göstərdiyi fəaliyyətindən danışdı, ona gələcək işlərində uğurlar arzuladı. Sonra Təşkilatın  yeni seçilmiş sədri Aynur İbrahimovaya tutduğu ictimai işində uğurlar arzuladı, əməkdaşların suallarını cavablandırdı.  

AMEA Azad Həmkarlar İttifaqının keçiriləcək qurultayına Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Afaq Ramazanova və Folklor İnstitutu Həmkarlar Təşkilatının sədri Aynur İbrahimova nümayəndə seçildilər.