Xəbərlər
02.05.2024 - 12:07
“AZƏRBAYCAN MİLLİ ENSİKLOPEDİYASI” ELMİ MƏRKƏZİNİN HƏMKARLAR TƏŞKİLATININ HESABAT-SEÇKİ İCLASI KEÇİRİLİB

May ayının 1-də “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin Həmkarlar  Təşkilatının  hesabat-seçki iclası keçirilib. İclasda AMEA Azad Həmkarları İttifaqının sədr müavini Şəhla Əmirova və institutut əməkdaşıları iştirak ediblər.

İclasa sədrlik edən Xumarxanım Yüzbaşova iclasın gündəliyini elan etdikdən sonra Həmkarlar Təşkilatının sədri Böyükağa İbrahimov 7 illik fəaliyyətinin hesabatını verdi. Onun hesabatı qənaətbəxş hesab edildi. Sonra NTK- sədri Pakizə Adıgözəlova 2017-2024-cü illər üzrə maliyyə fəaliyyəti haqqında hesabat verdi. Səs vermə ilə hesabat qənaətbəxş hesab edildi.

Daha sonra Həmkarlar Təşkilatının sədri və komitə üzvləri yenidən açıq səsvermə yolu ilə yekdilliklə seçildilər. Böyükağa İbrahimov institut kollektivi tərəfindən yenidən Həmkarlar Təşkilatına sədr seçildi. Daha sonra Pakizə Adıgözəlova NTK –nin sədri, Ülkər Koroğluyeva (nəzarət-təftiş komissiyasının üzvü)  açıq səsvermə yolu ilə Həmkarlar Təşkilatına üzv seçildilər.

Çıxış edənlərdən Əlyarlı İltifat yeni seçilən HT-nın sədrinə və komitə üzvlərinə öz işlərində müvəffəqiyyətlər arzuladı. Böyükağa İbrahimov çıxış edənlər və iştirak nümayəndələrinə təşəkkürünü bildirdi

İclasda iştirak edən AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova akademiyanın Həmkarlar İttifaqı sistemində aparılan islahatlar, qarşıda duran vəzifələr və görüləcək işlər haqqında danışdı, verilən sualları cavablandırdı.
AMEA AHİ-nin qurultayına Akademik Tofiq Murtuza oğlu Nağıyev və HT-nın sədri Böyükağa İbrahimov nümayəndə seçildi.