Xəbərlər
05.05.2024 - 11:28
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ SƏDRİ AĞACƏKMƏ AKSİYASINDA İŞTİRAK ETMİŞDİR.

Ümummilii lider Heydər Əliyev anadan olmasının 101-ci il dönümünə həsr olunmuş ağacəkmə aksiyasında AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d.,dosent Sənan Həsənov iştirak etmişdir. Tədbirə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, YAP Yasamal Rayon Təşkilatı və Yasamal Rayon İcra Hakimiyyəti, Respublika Klinik Xəstəxanası və digər təşkilatların nümayəndələri qatılmışdır.

Tədbirdə YAP fəalları o cümlədən akademiyanın müxtəlif institutlarının ərazi partiya təşkilatlarıda iştirak etmişdir.

Aksiya zamanı sözügedən qurumların rəsmilərinin, əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 700-ə yaxın Eldar şamı və zeytun ağacı əkilmişdir.