Xəbərlər
07.05.2024 - 14:04
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ SƏDRİ "HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN MƏRASİM MƏDƏNIYYƏTİ" ADLI KİTABIN TƏQDİMATINDA İŞTİRAK EDİB

Azərbaycan Atatürk mərkəzində AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilən Ağaverdi Xəlil və Nubar Həkimovanın müəllifi olduqları "Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti" adlı kitabın təqdimat keçirilib.

Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov iştirak etmiş və Ulu öndər H.Əliyevin mədəniyyətimizə, folklorşünaslığımıza və mənəvi dəyərlərimizə göstərdiyi qayğıdan danışmışdır. Eyni zamanda əsərin bu zəngin irsin öyrənilməsindəki roluna dair fikirlər söyləmişdir. Elmi dairəsinin fəaliyyətində Ulu öndərin irsin elmi əsaslarının araşdırılmasının önə çəkildiyi bu əsasda AMEA-da aparılan yeni elmi istiqamətləri diqqətə çatdırmışdır.

Tədbirdə həmçinin AMEA Mərkəzi Elmi Kitabxanasının Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova, Ərzincan Binali Yıldırım Universitetinin professoru Ali Kafkasyalı, AMEA Nəsimi adına Dilçilik İnstitutunun "Terminologiya" şöbəsinin müdiri, AMEA Rəyasət Heyəti yanında Terminalogiya Komissiyasının sədr müavini Sayalı Sadıqovada iştirak ediblər. Onlarda kitab haqqında öz fikirlərini bildiriblər.