Xəbərlər
10.05.2024 - 13:50
AHİK ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜ 5450 AZTƏMİNATLI AİLƏYƏ SOVQAT GÖNDƏRİB

Mayın 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən (AHİK) müasir müstəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə respublikanın regionlarında yaşayan 4200 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla yüklənmiş avtomobil karvanı yola salınıb.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriyadan olan 1250 ailəyə də bayram sovqatları verilir.

Sahə həmkarlar ittifaqları və onların yerli təşkilatları da bu ərəfədə bütün bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər.