
AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov Raya Nəcəfova ilə bağlı açıqlama verib. Sənan Həsənov bildirib ki, hazırda Bakı şəhəri Yasamal rayon Məhkəməsində AR CM-nin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilmiş Raya Nəcəfova son günlər mətbuatda və sosial şəbəkələrdə AMEA Azad Həmkarlar İttifaqının sədr müavini kimi təqdim edilmişdir. Bildiririk ki, Raya Nəcəfova AMEA AHİ-nin sədr müavini vəzifəsindən 31 oktyabr 2023 –cü il tarixdə öz ərizəsi ilə azad edilmişdir və onun AMEA AHİ ilə heç bir bağlılığı yoxdur. AMEA AHİ olaraq sosial şəbəkə və media işçilərindən xahiş edirik ki, Raya Nəcəfovanın AMEA AHİ-nin sədr müavini kimi təqdim edilməsinin yanlış olduğuna dair mövqeyimizi nəzərə alsınlar, yayılmış məlumatlarda rəsmi faktlara istinad edərək düzəliş etsinlər.