Mayın 17-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Həmkarlar Təşkilatının hesabat-seçkiiclası keçirilib. İclasda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Eynulla Mədətli, elmi katib, fəlsəfə üzrə fəlsəfə doktoru Sevinc Həsənova, AMEA Azad Həmkarları İttifaqının sədr müavini Şəhla Əmirova və institutun əməkdaşıları iştirak ediblər. İclasa sədrlik edən direktor İlham Məmmədzadə iclasın gündəliyini elan etdikdən sonra sözü Həmkarlar Təşkilatının sədri Asya Əhmədovaya verib. Asya Əhmədova Həmkarlar Təşkilatına sədrlik etdiyi 2017-2024-cü illər ərzində təşkilatın gördüyü işlər haqqında ətraflı məlumat verib. Sonra gündəliyə uyğun olaraq Təftiş Komissiyasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov Həmkarlar Təşkilatının gördüyü işlər barədə Komissiyanın hazırladığı hesabatı təqdim edib. Hər iki hesabat qənaətbəxş hesab edilib. Daha sonra açıq səsvermə yolu ilə Həmkarlar Təşkilatının sədri və komitə üzvləri yenidən seçildilər. Asya Əhmədova institut kollektivi tərəfindən yenidən Həmkarlar Təşkilatına sədr seçilib. Bundan başqa Şabanov Zeynəddin (sədrmüavini), Süleymanov Gündüz, Zərqanayeva İradə, Məmmədzadə Fəxriyyə, Quliyev Elxan, İsmayılova Xanımağa, Həsənova Cəmilə, Əliəsgərova Nuray Həmkarlar Təşkilatının Komitə üzvləri, Cəbrayılov Məhəmməd (sədr), Bağirova Fəridə, AğayarovaAfət isəТяфтиш комиссийасынын üzvləri seçilib. İclasda iştirak edən AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova akademiyanın Həmkarlar İttifaqı sistemində aparılan islahatlar, qarşıda duran vəzifələr və görüləcək işlər haqqında danışıb, verilən sualları cavablandırıb. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə Həmkarlar Təşkilatının işçilərin sosial müdafiəsinin gücləndirilməsi, mədəni istirahətinin təmin edilməsi və s. sahəsində fəailiyyətinin daha da aktiv olmasının zəruruliyini vurğulayıb.




1545120462.jpg)



