Xəbərlər
22.05.2024 - 14:15
AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUNUN HƏMKARLAR TƏŞKİLATININ HESABAT-SEÇKİ İCLASI KEÇİRİLDİ

Mayın 22-də AMEA Nəsimi adına Dilçilik İnstitutunun Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib. İclasda AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini  filologiya üzrə fəlsəfə doktoru , dosent Baba Məhərrəmli, elmi katib filologiya elmləri doktoru, dosent Aynel Məşədiyeva, AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova və institut əməkdaşları iştirak ediblər.

İclasa sədrlik edən elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli iclasın gündəliyini elan etdikdən sonra sözü Həmkarlar Təşkilatının sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə Mahmudovaya verilib. Qətibə Mahmudova Həmkarlar Təşkilatına sədrlik etdiyi illər ərzində təşkilatın gördüyü işlər haqqında ətraflı məlumat verib. Sonra Təftiş Komissiyasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov Həmkarlar Təşkilatının gördüyü işlər barədə danışıb. Qətibə Mahmudovanın hesabatı qənaətbəxş hesab edilib. Daha sonra açıq səsvermə yolu ilə Həmkarlar Təşkilatının sədri və komitə üzvləri yenidən seçiliblər. Qətibə Çingiz qızı Mahmudova institut kollektivi tərəfindən yenidən Həmkarlar Təşkilatına sədr seçilib. Bundan başqa filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyeva sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Cumayeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Türkan Əskərova, Məlikzadə-Cavadova Minarə,  Taliə Bakıxanova, Mehman Həsənov komitə üzvləri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov, filologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Quliyev Təftiş Komissiyasının üzvləri seçiliblər.

İclasda iştirak edən AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova akademiyanın Həmkarlar İttifaqı sistemində aparılan islahatlar, qarşıda duran vəzifələr və görüləcək işlər haqqında danışıb, verilən sualları cavablandırıb.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli Həmkarlar Təşkilatının işçilərin sosial müdafiəsinin gücləndirilməsi, mədəni istirahətinin təmin edilməsi və s. sahəsində fəaliyyətinin daha da aktiv olmasının zəruriliyini vurğulayaraq Qətibə Mahmudovaya gələcək işlərində uğurlar arzulayıb.