Xəbərlər
12.06.2024 - 17:00
QURBAN BAYRAMI İLƏ BAĞLI AMEA GƏNCƏ BÖLMƏSİNİN ƏMƏKDAŞLARINA SOVQAT PAYLANIB
Qarşıdakı Qurban Bayramı münasibətilə AMEA Gəncə Bölməsinin Həmkarlar Təşkilatı tərəfindən ənənəvi olaraq, əməkdaşların ailələri üçün sovqat tədarükü görülüb və paylanıb. Sovqat payı bayram süfrəsi üçün ən zəruri olan 4 çeşiddə ərzaqlar – kərə yağı, düyü, şəkər və çaydan ibarət olaraq hazırlanıb. Hədiyyə bayram günləri ərəfəsində, 2024-cü ilin iyun ayının 7-də Bölmənin bütün əməkdaşına təqdim edilib. Qeyd edək ki, əməkdaşlara bayram sovqatlarının verilməsi AMEA Gəncə Bölməsinin Həmkarlar Təşkilatının qərarı əsasında həyata keçirilib.