55 il əvvəl başlayan müstəqillik yolu qüdrətli Azərbaycanın minilliklər boyu tale yoludur. Heydər Əliyevin siyasi təfəkkürünün qüdrəti və miqyası zaman keçdikcə daha dərindən dərk olunmaq zərurəti yaradır. Dahi şəxsiyyət hər iki ziddiyyətli və böyük siyasi təlatümlər zamanında nəinki xalqını fəlakətlərdən, parçalanmadan və katalikizmlərdən xilas edib, hətta onun taleyinə əbədi xoşbəxtliklər bəxş edib. O, xilaskar-qurucu, birləşdirici siyasi lider kimi qüdrətli dövlətin gələcəyini təmin edən möhkəm dövlətçiliyin əsaslarını bərqərar etməklə xalqı vahid ideologiyada birləşdirən və qalibiyyət yaşadan siyasi varisliyin uğurlu nümunəsini yaradıb. Bu, Heydər Əliyev şəxsiyyətində Ümummilli lider, Ulu Öndər kimi statusun əbədiliyini təsdiq edən başlıca amildir. Bu baxımdan tarixin nadir hadisələrindəndir ki, Heydər Əliyev epoxası ağıllı gücə əsaslanan, bütün hədəflərə nail olan və gələcəyə aydın platforma ilə gedən müdrikliyə sahibdir. Bu müdriklik güclü dövlətə sahib olmağın unikal modelini Qalib Azərbaycanın timsalında yaradıb. Azərbaycanın tarixində 55 il əvvəl başlayan bu yol təkcə bu günkü güclü Azərbaycanın taleyini deyil, daha güclü Azərbaycanın mövcudluq strategiyasının minilliklər boyu bələdçisi olacaq. bit.ly/3xXhAP8

1545120462.jpg)



