Xəbərlər
02.09.2024 - 10:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ SƏDRİ S.E.Ü.F.D., DOSENT SƏNAN HƏSƏNOV MİLLİ MƏCLİSƏ NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİNDƏ İŞTİRAK EDİB
01 sentyabr 2024-cü il tarixdə ölkəmizdə keçirilən növbədənkənar parlament seçkilərində AMEA Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov və aparat işçiləri fəal iştirak etmiş və özlərinin layiq bildikləri namizədlərə səs verərək seçki hüquqlarından istifadə etmişlər. Sənan Həsənov eyni zamanda seçkiləri müşahidə edən xarici müşahidəçilərlə görüşmüş, ölkəmizdə gedən demokratik inkişafın prioritetləri və hüquqi dövlət quruculuğunun Azərbaycan təcrübəsi barədə fikirlərini bildirmişdir. Azad, demokratik və şəffaf seçki prosesinin ölkəmizin inkişafına verdiyi töhfələri qonaqların diqqətinə çatdırmışdır.