Xəbərlər
10.09.2024 - 14:00
“TƏBİƏT BİR KİTABDIR” AFORİZMLƏR VƏ MÜDRİK FİKİRLƏR ADLI KİTAB ÇAP EDİLMİŞDİR

     Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Akademik İsa Həbibbəylinin elmi məsləhətçisi olduğu, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru, t.e.ü.f.d., dosent Hüseyn Hüseynovun elmi redaktorluğu və işçi heyətinin birgə ərsəyə gətirdiyi “Təbiət bir kitabdır” aforizmlər və müdrik fikirlər adlı kitab AMEA Mərkəzi Elmi Kitabxana tərəfindən hazırlanaraq çap olunmuşdur.