Xəbərlər
20.09.2024 - 11:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ SƏDRİ S.E.Ü.F.D., DOSENT SƏNAN HƏSƏNOV AKADEMİK NƏRGİZ AXUNDOVANI YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB

AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov, sədr müavini Şəhla Əmirova, A.A.Bakıxanov adına tarix və Etnologiya İnstitutunu Həmkarlar Təşkilatının sədri Şövqi Həsənov və mütəxəssis Mətanət Hüseynova AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, tarix üzrə elmlər doktoru, professor Nərgiz Axundovanı yubileyi münasibəti ilə təbrik ediblər. Yubilyara elmi-ictimai fəaliyyətinin yüksək qiymətə layiq olduğunu, bundan sonra da yeni-yeni nailiyyətlər qazanmağı və cansağlığı arzulayıblar.