Xəbərlər
28.04.2016 - 12:00
Mərdəkan İstirahət mərkəzində

Aprelin 26-da AMEA Azad Həmkarlar İttifaqının təşəbbüsü ilə ilk həmkarlar komitələrin sədrləri Mərdəkanda yerləşən “Elm”  düşərgəsində oldular. AMEA Azad Həmkarlar İttifaqının sədri İ.Alıyev onlara istirahət mərkəzində aparılan abadlıq işlərindən danışdı, görülən işlər barədə sədrlərə geniş məlumat verildi. Sonra sədr İ.Alıyev yay aylarında əməkdaşların Mərdəkana istirahətinin təşkil edilməsini vurğuladı. HK sədrləri yaradılan şəraitdən, oradakı abadlıq işlərindən razı qaldıqlarını bildirdilər və əməkdaşları bu barədə məlumatlandıracaqlarını və onların istirahətini təşkil edəcəklərini bildirdilər.