Xəbərlər
08.10.2024 - 11:24
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ SƏDRİ, S.E.Ü.F.D., DOSENT SƏNAN HƏSƏNOV “BAKI İQLİM FƏALİYYƏTİ HƏFTƏSİ” ÇƏRÇİVƏSİNDƏ KEÇİRİLƏN TƏDBİRƏ QATILIB

AMEA Mərkəzi Elmi Kitabxansınada AMEA Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurası və təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində gənc alimlərin, elmi ictimaiyyətin və elmi tədqiqat işlərinin roluna dair məruzə ilə çıxış edib. AMEA-da bu sahədə görülən işlərin, keçirilən elmi sessiyaların həmkarlar ittifaqı ilə müştərək fəaliyyətinin səmərəliliyinə dair geniş fikir mübadiləsi aparıb.

Tədbirdə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının rəhbərliyi və təşkilatların nümayəndələri, elmi işçiləri və bu sahədə fəaliyyət göstərən mütəxəssislər iştirak etmiş, çıxışları dinlənilmiş və qarşılıqlı diskussiyalar aparılmışdır.