Xəbərlər
08.10.2024 - 12:09
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ SƏDRİ ŞƏHİD BULAĞININ AÇILIŞINDA İŞTİRAK EDİB

Keşlə qəsəbəsində şəhid gizir Elfad Nağıyevin əziz xatirəsinə həsr olunmuş bulağın açılışı olub. Mərasimdə AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov çıxış edib. Vətən müharibəsində şücaət göstərmiş şəhidlərimizin gənc nəslə örnək olduğunu, milli gücün, milli bütövlüyün nümunəsi olan ölməz qəhrəmanlarımızın şanlı tarix yazdıqlarını diqqətə çatdırıb. Şəhid ailələrinin adlarının əbədiləşdirilməsində dövlətimizin daimi diqqətinin olduğunu qeyd edib. Bulağın ərsəyə gətirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Mərasimdə ictimaiyyət nümayəndələri, ziyalılar, müxtəlif dövlət orqanlarından olan əlaqədar şəxslər iştirak etmiş, şəhidlərimizin ruhuna dualar oxunmuşdur.