Oktyabr ayının 18-də AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları, Qırğızıstan Elmlər Akademiyasının Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru akademik Abdıldajan Akmataliyev və institutun bir qrup heyəti ilə birlikdə Pantomim teatrında Xalq artisti Bəxtiyar Xanızadənin ideya rəhbərliyi, Ceyhun Dadaşovun rejissorluğu ilə hazırlanan “Manqurt” tamaşasına baxıb. Tamaşa əsəri böyük qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanıb. Tamaşadan sonra Xalq artisti Bəxtiyar Xanızadə, tamaşanın rejissoru Ceyhun Dadaşov səhnə əsərinin ərsəyə gəlməsi ilə bağlı düşüncələrini ziyalılarla bölüşüblər.





1545120462.jpg)



