Xəbərlər
07.11.2024 - 16:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

    Noyabr ayının 7-də AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasa Rəyasət Heyətinin üzvləri qatılmışlar. İclasda Zəfər günü ərəfəsində və ölkəmizdə COP-29 tədbirinə hazırlıqla bağlı məsələlər müzakirə edilmişdir.

    AMEA Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov 8 noyabr Zəfər günü və 9 noyabr Bayraq bayramı münasibəti ilə Rəyasət Heyətinin üzvlərini və bütün Akademiya əməkdaşlarını təbrik etmiş, qələbənin yaratdığı yeni reallıqları diqqətə çatdırmışdır. Bu reallıqların tərkib hissəsi kimi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında qoyulmuş tələblər və vəzifələrə toxunmuşdur.

     Sənan Həsənov eyni zamanda noyabr və dekabr aylarında AMEA Azad Həmkarlar İttifaqının keçirəcəyi tədbirlər haqqında məlumat vermiş, xüsusilə COP-29-un keçirilməsi zamanı müəyyənləşdirilmiş tələblərə riayət etməyi, o cümlədən növbəli iş rejimi ilə bağlı həyata keçiriləcək intizam məsələlərini diqqətə çatdırmışdır.