AMEA Azad Həmkarlar İttifqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov və Azad Həmkarlar İttifqının kollektivi, AMEA-nın İctimai Elmlər Bölməsinin sədri, Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər xanım Baxşəliyevanı 70 illik yubileyi və Cənab Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə təbrik edir.
Akademik Gövhər Baxşəliyevanın yubileyi ərəfəsində Cənab Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunması Azad Həmkarlar İttifaqı kollektivi tərəfindən böyük sevinc hissi ilə qarşılandı. Bu, ölkə başçısının Azərbaycan elminə, alimlərimizə olan münasibətinin, diqqət və qayğısının növbəti təzahürüdür. Bütün mənalı ömrünü Azərbaycan elminin inkişafına həsr edən, ictimai-siyasi fəaliyyətində dövlətçilk prinsiplərinə daim sadiq olan, bir ziyalı olaraq bu adı daim uca tutan akademik Gövhər xanım Baxşəliyevaya uzun ömür, məhsuldar elmi yaradıcılığında və səmərəli ictimai-siyasi fəaliyyətində uğurlar arzulayırıq.