Xəbərlər
26.11.2024 - 12:00
"LEYLİ VƏ MƏCNUN" ADLI OPERA TƏQDİM OLUNACAQ
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd edilməsinə dair tədbirlər planından irəli gələn vəzifələrə dair Azərbaycan Milli Elmlər Akademiyasında silsilə tədbirlər həyata keçirilmiş, əsərlər çap olunmuşdur. Bu tədbirlərin davamı olaraq Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinin və Azad Həmkarlar İttifaqının təşəbbüsü ilə noyabr ayının 29-u saat 19:00-da Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda dahi bəstəkar Üzeyir Hacıbəylinin "LEYLİ VƏ MƏCNUN" adlı operası təqdim olunacaq.
Bilet almış elmi heyətdən xahiş olunur ki, tamaşada mütləq iştirak etsinlər!