Xəbərlər
27.12.2024 - 17:20
31 DEKABR - DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ VƏ YENI İLİN GƏLİŞİ İLƏ BAĞLI AMEA-NIN GƏNCƏ BÖLMƏSİNİN ƏMƏKDAŞLARINA SOVQAT PAYLANIB
Hər il bayramlarla əlaqədar əlamətdar tarixlər ərəfəsində olduğu kimi, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, eləcə də Yeni İlin gəlişi münasibətilə AMEA-nın Gəncə Bölməsinin Həmkarlar Təşkilatı tərəfindən ənənəvi olaraq, əməkdaşların ailələıri üçün sovqat tədarükü görülüb və paylanıb. Sovqat payı bayram süfrəsi üçün ən zəruri ərzaqlar – kərə yağı, düyü, çay, şəkər tozu, qənd və qarabaşaqdan ibarət olaraq hazırlanıb. Hədiyyə bayram günləri ərəfəsində, 2024-cü ilin dekabr ayının 25-də Bölmənin ümumən 90 nəfər əməkdaşına təqdim edilib. Qeyd edək ki, əməkdaşlara bayram sovqatlarının verilməsi AMEA-nın Gəncə Bölməsinin Həmkarlar Təşkilatının qərarı əsasında həyata keçirilib.



















1545120462.jpg)



