Xəbərlər
17.12.2024 - 10:00
ASİYA ÖLKƏLƏRİNİN ƏDƏBİYYATŞÜNAS ALİMLƏRİNİN AKADEMİYAYA SƏFƏRİ OLMUŞDUR
15-18 dekabr tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasında “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda AMEA Rəyasət Heyətinin üzvləri, Türkiyə, Pakistan, Çin, Hindistan, Cənubi Koreya, Vyetnam, Özbəkistan, Qazaxıstan və başqa ölkələrdən gəlmiş tanınmış alimlər, ədəbiyyat, mədəniyyət və elm xadimləri, KİV nümayəndələri iştirak ediblər. Konfransdan sonra qonaqların AMEA Azad Həmkarlar İttifaqı tərəfindən "Yanardağ" Dövlət Tarixi -Mədəniyyət və Təbiət Qoruğuna ziyarəti təşkil edilmiş, oradakı tarixi-memarlıq abidələri ilə tanış olmuşlar.
Daha sonra isə qonaqların şərəfinə AMEA Azad Həmkarlar İttifaqı tərəfindən ziyafət verilmişdir.










1545120462.jpg)



