Xəbərlər
12.01.2025 - 13:00
AMEA AZAD HƏMKARLAR İTTİFQININ SƏDRİ, S.E.Ü.F.D., DOSENT SƏNAN HƏSƏNOV ARB24 KANALININ “GÜNDƏM” VERİLİŞİNİN QONAĞI OLUB

     Verilişdə Şərqi Avropa cəbhəsində baş verən son hadisələr, həmçinin ABŞ prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutacaq görüş müzakirə edilmişdir. Müzakirə zamanı bu əsasda suallara siyasi şərh verən Sənan Həsənov bildirmişdir ki, Donald Tramp hakimiyyətə gələrsə həllinə nail olacağı əsas məsələlərdən biri Rusiya-Ukrayna münaqişəsinin başa çatdırılması və bu münaqişənin sonlandırılmasında onun xüsusi rolunun olacağını bəyan etmişdir. Qısa bir zamanda da müharibənin başa çatması ilə bağlı ciddi bir addım atacağını da öz platformasında bəyan etmişdir. Seçkilər keçirilsə də müharibənin gedişində hələ də müsbət bir nəticə yoxdur. Məsələ ondan ibarətdir ki, biz bu münaqişənin həll edilməsini analiz edərkən öncə onu yaradan səbəblərə nəzər salmalıyıq. Rusiya və ABŞ rəhbərlərinin bu məsələni müzakirə etməsi çox ciddi bir məsələdir. Dünyanın taleyi artıq təhlükə altındadır, üçüncü dünya müharibəsi ərəfəsindədir. Rusiya-Ukrayna münaqişəsinin həll olunma məsələsi isə çox mürəkkəb bir problem olduğu üçün liderlərin görüşü münaqişənin formatının müəyyən qədər dəyişməsinə gətirib çıxara bilər. Tam sülh müqaviləsi isə uzun zaman apara bilər.

     Görüşdə həmçinin, Yaxın Şərqdə baş verən hadisələr və dünyanın geosiyasi vəziyyətində hazırki durum siyasi təhlilə cəlb edilmişdir.

https://www.youtube.com/live/Gpui6iDpowo