Sənan Həsənov əsasən Yaxın Şərqdə İsrail-Fələstin münaqişəsinə şərh verərək bildirmişdir ki, Yaxın Şərqdə baş verən hadisələrlə bağlı dəfələrlə müzakirə aparmışıq. Bu müzakirə o zaman olmuşdur ki, Yaxın Şərq od-alov içərisində idi, insanların qanı tökülürdü və sanki dünyada bir çaşqınlıq yaranmışdı ki, münaqişənin sonlandırılması və yaxud istiqamətin dəyişdirilməsi ilə bağlı hansı addımlar atıla bilər. Artıq bugün biz onun şahidiyik ki, ABŞ-da yeni seçilmiş prezident, onun komandası və administrasiyası həm də dünyadakı münaqişə ocaqlarına yeni bir baxış bucağı ortaya qoyub. Bu gözlənti var idi, çünki yeni seçilən prezident hələ prezidentliyə iddialı olarkən bu məsələlərə toxunmuşdur ki, dünyada həlli dalana dirənmiş məsələlər var. Donald Tramp onların açılması, həmin ərazilərdə təhlükəsizliyin təmin olunması, bilavasitə münaqişələrə son qoymaq haqqında bir platforma ilə çıxış edib. Zaman göstərir ki, bu sahədə cidi cəhdlər var. Bu, bəlkə də dünyanın hazırki geosiyasi reallığı ilə bağlıdır. Ona görə ki, axı müharibələr gedən coğrafi ərazilərdə həm də insanların inqilaba meyilliliyi baş qaldırıb. Onlar hazırki xaosla barışmaq istəmirlər. Bir çox ölkələrdə bu, çevrilişlərlə nəticələnə bilər, digər bir yerdə insan təlafatı və uzun illər davam edən müharibələrin fəsadları, o cümlədən reytinq qazanmaq istəyən qüvvələrin maraqları və.s. ola bilər. Bu düşündürücüdür. O cümlədən, Yaxın Şərqdəki məsələ ilə bağlı yanvarın 15-də atəşkəs elan olundu. Atəşkəsdən sonra ABŞ-ın o bölgədəki münaqişənin istiqamətində dəyişikliklər etməsi ilə bağlı böyük ümidlər yaranıb.


1545120462.jpg)



