Xəbərlər
06.02.2025 - 11:54
HÜQUQ VƏ İNSAN HAQLARI İNSTİTUTUNUN HƏMKARLAR TƏŞKİLATI GƏNCLƏR GÜNÜNÜ QEYD EDİB

Hüquq və İnsan Haqları İnstitutunun Həmkarlar Təşkilatı 2 Fevral – “Gənclər Günü” münasibətilə tədbir təşkil edib. Tədbirdə gənc kadrların peşəkar inkişafına dəstək olmaq, onların hüquq və insan haqları sahəsindəki fəaliyyətini qiymətləndirmək və gələcək planlarla bağlı müzakirələr aparılıb.

Tədbirdə çıxış edən Həmkarlar Təşkilatının sədri Leyla Məmmədova  2023-cü və 2024-cü illərin fəaliyyətinə dair hesabat təqdim edib. O, ötən illər ərzində təşkilat üzvlərinin sosial və peşəkar inkişafına yönələn tədbirlərdən bəhs edib, həmçinin 2025-ci ildə Həmkarlar Təşkilatının həyata keçirilməsi nəzərdə tutulan yeni layihələri barədə danışıb və üzvləri təşkilatın işində fəal iştirak etməyə çağırıb.

Tədbirdə əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, onların motivasiyasının artırılması və asudə vaxtlarının səmərəli təşkili üçün yeni addımların atılacağı da vurğulanıb. Sonda Gənclər Günü münasibətilə İnstitutun gənc əməkdaşları təbrik olunub və onlara hədiyyələr təqdim edilib.