Fevralın 12-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə ehtimal olunan fövqəladə hallar zamanı “xəbərdarlıq və toplanış” üzrə müdafiə təlimi keçirilib. Məşqə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Mülki müdafiə qərargahı və Mülki müdafiə qüvvələrinin heyəti cəlb olunub. Tədbirdə çıxış edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Mülki Müdafiə qərargahının rəisi Azad Rzayev ehtimal olunan fövqəladə hallar zamanı hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin şəxsi heyətinin davranış qaydaları haqqında danışaraq, bu istiqamətdə təcrübələrin artırılması və mülki müdafiə dəstələrinin fövqəladə hallara hər an hazır olmasının əhəmiyyətindən danışıb. AMEA Rəyasət Heyəti aparatının Mülki Müdafiə şöbəsinin rəis müavini Hikmət Babayev də öz çıxışında hərbiləşdirilməmiş mülki müdafiə dəstələri üçün təlimlərin keçirilməsinin vacibliyini önə çəkib. Fövqəladə hallarda davranış qaydalarından danışan H. Babayev müvafiq şöbələrdə fövqəladə hallar zamanı davranış qaydalarının əməkdaşlara öyrədilməsinin əhəmiyyətindən də danışıb. Tədbirdə RSXM-nin “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin fəaliyyəti ilə bağlı xarici ölkələrin təcrübəsi haqqında iştirakçıları məlumatlandırıb. Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.


1545120462.jpg)



